Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:19

Səhiyyə xərcinin 70 faizini... öz cibindən


Ilham Əliyev Saatlı Mərkəzi Xəstəxanası qarşısında
Ilham Əliyev Saatlı Mərkəzi Xəstəxanası qarşısında
Qərbi avropalının səhiyyəyə 100 avro xərci çıxanda bunun orta hesabla 16 avrosunu öz cibindən verir.

Azərbaycan vətəndaşı isə 100 manat səhiyyə xərcinin 70 manatını cibindən ödəməli olur. Bu, MDB məkanında rekorddur.

Bu rəqəmlər isə Lancet jurnalının növbəti hesabatındandır.

Lancet MDB-də insanların səhiyyə xərclərinin belə böyük hissəsini öz ciblərindən ödəməsini bu regionda səhiyyənin ən böyük problemlərindən sayır.

ÖZ CİBİNDƏN. KIM NƏ QƏDƏR?

Bütün səhiyyə xərclərinin nə qədərini MDB–də insanlar öz ciblərindən verirlər?

Ermənistan – 55,2 %
Azərbaycan - 69,6%
Belarus – 19,9%
Gürcüstan – 68,3%
Qazaxıstan – 40,1%
Qırğızıstan - 37,8%
Moldova - 44,9%
Rusiya - 31,4%
Tacikistan – 66,5%
Türkmənistan – 40,6%
Ukrayna – 40,5%
Özbəkistan – 42,7%

Müqayisə üçün:
Avropa Birliyi – 16,6%

MDB-DƏ SƏHİYYƏ

Dünyanın aparıcı tibb jurnallarından olan Lancet Avropada səhiyyənin vəziyyəti haqda 3-cü hesabatını hazırlayıb. Bu dəfə söhbət MDB ölkələrindən gedir.

Hesabatda deyilir ki, MDB-də xəstəliklərdən, həyat şəraitindən ölüm faizi Qərbi Avropadakından hələ də çox yuxarıdır. Konkret olaraq, MDB məkanında ürək xəstəliklərindən, eləcə də ana və uşaq ölümləri, yoluxucu xəstəliklərdən ölüm faizi yüksəkdir.

Hesabatda deyilir ki, ictimai səhiyyədə təcili addımların vaxtıdır. Bunlara - tütün çəkilməsinə, qanuni və qanunsuz alkohol satışına və içilməsinə nəzarət daxildir.
Hesabata görə, Orta Asiyada rusların ömrünün uzunluğu digər etnik qruplarla müqayisədə azdır. Bunun da səbəbi araqdır.

Hesabatda deyilir ki, epidemioloqların məlumatına görə, Rusiyanın özündə işləyən kişilər arasında hər 10 ölümdən ən azı 4-ü çox və həddən artıq çox içməklə bağlıdır.

Hesabata görə MDB-də səhiyyə islahatları cəmiyyətin səhiyyəyə ehtiyaclarına hələ də cavab verə bilmir.

Hesabatda ən böyük problemlərdən biri kimi adamların səhiyyə xərclərini öz ciblərindən ödəməsi göstərilir.

MDB-DƏ SƏHİYYƏ SİSTEMİ

Adambaşına Bütün
bütün xərclər xərclər
(ABŞ dolları ilə) (ÜDM nisbətdə %-lə)
Ermənistan 239 4,4
Azərbaycan 579 5,9
Belarus 786 5,6
Gürcüstan 522 10,1
Qazaxıstan 541 4,3
Qırğızıstan 140 6,2
Moldova 360 11,7
Rusiya 998 5,1
Tacikistan 128 6,0
Türkmənistan 199 2,5
Ukrayna 519 7,7
Özbəkistan 184 5,8

Müqayisə üçün:
Avropa Birliyi 3230 9,9

Azərbaycan öz cibindən ödənən pulun nisbətinə görə, MDB-də birinci yerdədir. Niyə?

Azər Mehtiyev
Azər Mehtiyev
İqtisadi ekspert Azər Mehtiyevin fikrincə, ona görə ki dövlətin verdiyi pul nisbi götürəndə azdır, hərçənd son illər büdcədən ayrılan pul artır. Bu göstəriciyə görə, Azərbaycan səhiyyəyə nisbi götürəndə ən az pul ayıran ölkələrdəndir.


Doğrudan da, Lancetin göstəricilərində bir maraqlı məqam var.

Azərbaycanda səhiyyə xərci adambaşına daxili məhsulun 5,9 faizidir, bunun isə cəmi 1,2 faizini dövlət verir. Belə çıxır ki, qalan 4,7 faiz vətəndaşın öz üzərinə düşür.

Ermənistanda , məsələn, səhiyyə xərcinin cəmi 2,6 faizi vətəndaşın üzərindədir. Gürcüstanda isə bu yük daha ağırdır - 7,7 faiz.

Hesabatda MDB-də ömrün uzunluğu cədvəli də var. Qafqaz və Azərbaycan uzunömürlülər məkanı kimi tanınsa da, Azərbaycanda orta ömrün uzunluğuna bunun, deyəsən, dəxli yoxdur. Azərbaycanda orta ömür qadınlar arasında bir çox qonşu ölkədən azdır, kişilərdə isə təxminən onlardakı kimidir.

ÖMRÜN UZUNLUĞU

Kişilər Qadınlar
Ermənistan 66 74
Azərbaycan 66 70
Belarus 64 76
Gürcüstan 67 75
Rusiya 62 74

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG