Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:10

Apple Çindəki istehlaçılardan üzr istəyir



ABŞ-ın elektronika nəhəngi olan Apple şirkətinin direktoru Tim Cook aprelin 2-də yazılı şəkildə Çindəki istehlaçılardan üzr istəyib. Çin dilində yerli mediaya göndərilən üzrxahlıqda bildirilir ki, kommunikasiyanın düzgün qurulmaması Apple-ın Çindəki bəzi istehlakçılara daha yaxşı qayğı göstərməsinə mane olub. O qeyd edir ki, bundan sonra şirkət özünün məhsullarına təminat verən siyasətini təkmilləşdirəcək, həmçinin əməkdaşlıq etdiyi satış şəbəkələrinə nəzarəti gücləndirəcək.

Son bir həftədə Çində çap olunan "The People's Daily" qəzeti və rəsmi televiziya Apple şirkətinə qarşı tənqidi materiallar yayırlar. 5 gündür dalbadal yayılan həmin məlumatlarda şirkətin istehlakçı xidmətinin çox aşağı olduğu, malların geri qaytarılması siyasəti tənqid edilir.

Apple-ın üzr istəməsinə baxmayaraq, Çində istehlakçıların çoxu bu şirkətin müdafiə edir. Sosial şəbəkələrdə vətəndaşlar qeyd edirlər ki, əslində Çinin öz şirkətlərinin istehlakçı siyasəti daha bərbad gündədir.
XS
SM
MD
LG