Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

İraqda Al-Qaeda-çılar edam edildilər



Al-Qaeda terror təşkilatının Bağdaddakı keçmiş rəhbəri olmuş Munaf Abdul Rahim al-Rawi və daha 3 nəfər terrorçuluqda ittiham olunaraq edam ediliblər. İraqın Ədliyyə naziri həmin 4 nəfərin aprelin 1-də asıldığını bildirib.

Al-Qaeda vaxtilə al-Rawi-ni Bağdadın meri adlandırıdı. 2010-cu ilin martında saxlanmış al-Rawi bundan bir il əvvəl Bağdadda törədilən və 250 nəfərin ölümünə səbəb olmuş partlayışda günahkar bilinib.

BMT-nin İraqdakı missiyası, Avropa Birliyi və beynəlxalq ictimaiyyət Bağdadı ölüm hökmlərinin icrasını dayandırmağa çağırırlar.

2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin iraqa hərbi müdaxiləsindən sonra bu ölkədə ölüm hökmlərinin icrası dayandırılmışdı. Amma 2004-cü ildə iraq hökuməti ölkədə zorakılığın qarşısını almaq arqumenti ilə belə hökmlərin icrasını bərpa etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG