Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:26

Serbiya ilə Kosovo münasibətləri normallaşdırmaq üçün danışıqları bərpa edirlər


Serbiya və Kosovonun Baş nazirləri İvica Dacic və Hashim Thaci Brüsseldə münasibətlərin normallaşdırılmasına dair danışıqları bərpa edirlər.

Avropa Birliyinin vasitəçilik etdiyi müzakirələrdə irəliləyişə ümidlər var. Aprelin 2-də keçiriləcək müzakirələrə Serbiyada nüfuzlu olan baş nazirin müavini Aleksandar Vucic də qoşulur. Vucic Serbiya parlamentində çoxluğa sahib olan Serbiyanın yenilikçi Partiyasının rəhbəridir.

Amma Serbiya prezidenti Tomislav Nikolic yekun razılaşmanın əldə ediləcəyinə şübhə ilə yanaşdığını deyib.

Kosovo 2008-ci ildən bəri Serbiyadan öz müstəqilliyini elan edib. Serbiya onu tanımaqdan imtina etsə də dünyanın böyük dövlətlərinin əksəriyyəti artıq Kosovonu müstəqil dövlət kimi tanıyıb.

Avropa Birliyinə daxil olmağa çalışan Serbiya Kosovo ilə münasibətlərin normallaşdırılmasına dair danışıqlarda iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG