Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:37

Təkcə mart ayında Suriyada 6 min nəfər öldürülüb



Suriyalı fəallar 2 ildən çox çəkən vətəndaş müharibəsində mart ayının ən qanlı ay olduğunu bildirirlər. Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Vəziyyətini Müşahidə qrupunun məlumatına görə keçən ay bu ölkədə 6 000 nəfər həlak olub.

Qrupun rəhbəri Rami Abdul Rahman deyib ki, əslində həm də president Bashar al-Assad-ın rejimi, həm də ona qarşı vuruşanlar itkilərinin real sayını gizlədirlər. Ona görə də mart ayında ölənlərin sayının 6 000-dən də çox olduğu guman edilir.

Qrupa görə martda öldürülənlərdən azı 2 080 nəfəri mülki sakinlər, 1 486 nəfəri üsyançılar, 1 464 nəfəri Assada tabe olan ordunun əsgərləridir.

BMT-nin hesablamalarına görə Suriyada 2011-ci ilin martından başlayan vətəndaş müharibəsində 70 000-dən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG