Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:28

Rusiya ekspertləri 3 yaşlı Shatto-nun ölümünün səbəblərini araşdırırlar



Rusiyanın Vaşinqtondakı səfirliyinin məlumatına görə ekspertlər Rusiyadan ABŞ-a övladlığa verilmiş 3 yaşlı uşağın ölümünə dair tibbi sənədləri analiz edirlər.

3 yaşlı Maksim Kuzmin ABŞ-da Laura Shatto adlı bir qadına övladlığa verilib. Bundan sonra adı Max Shatto olan həmin uşaq bu ilin yanvarında vəfat edib. Rusiya rəsmiləri körpəni həmin qadının öldürdüyünü iddia edirdilər.

ABŞ prokurorluğu isə uşağın bədbəxt hadisə nəticəsində, özünə yetirdiyui xəsarətlərdən öldüyünü bildirib. Buna görə həmin qadına qarşı cinayət işi də açılmayıb. Bu qərar Moskvada ciddi etirazla qarşılanıb.

Rusiya uşağın ölümünə dair analizlərin nəticələrini tələb edirdi. Bu yaxınlarda həmin sənədlər Rusiya tərəfə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG