Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:33

Həbsdə olan «N!DA»-çı məktub yazıb


Məhəmməd Əzizov (Foto: Cahangir Yusif)

Məhəmməd Əzizov (Foto: Cahangir Yusif)

-
Həbsdə olan gənc fəal Məhəmməd Əzizov məktub yazıb.

“...Problem vaxt öldürməkdi. Tutulduğum gündən (MTN-dən bugünəcən) kamerada hər gün N!DA-nın himnini oxuyuram...Yeni üzvlərə xüsusi salamım var...Bir də son olaraq sizdən bir xahişim var. Biz tutulmuşuq deyə ruhdan düşmək, oturub ağlamaq, yas qurmaq lazım deyil....”
Vəkili Fariz Namazlı məktubun Məhəmməd Əzizova aid olduğunu təsdiqləyir. Deyir müdafiə etdiyi şəxs saxlanma şəraitindən razı olsa da, həbs olunarkən və saxlanılarkən bir sıra hüquq pozuntuları olub.
«Televiziyada yayımlanan birinci ifadəni mənəvi təzyiq altında verdiyini deyir. Həm də o bilməyib ki, onunla bağlı çəkiliş televiziyada göstəriləcək. Ona elə gəlib ki, bu sadəcə istintaq üçündür».
Fariz Namazlının sözlərinə görə, yaxın günlərdə müdafiə etdiyi şəxsin təkrar dindirilməsi ilə bağlı vəsatətlər qaldıracaq.
NİDA üzvü Məhəmməd Əzizov martın 7-də saxlanılıb. İki gün sonra baş prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi onun və hərəkatın daha üzvü Bəxtiyar Quliyev, Şahin Novruzlunun saxlanması ilə bağlı məlumat yayıb.
Onlar martın 10-da «Fəvvarələr» meydanında keçirilən etiraz aksiyasında «Molotov kokteyli»ndən istifadəyə cəhddə ittiham olunurlar.
Bundan sonra daha 4 Hərəkat üzvü həbs edilib və hamısı barəsində 3 aylı həbs qətimkan tədbiri seçilib. İndi NİDA-nın 7 üzvü həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG