Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:45

Şimali Koreya nüvə zavodlarını bərpa etdiyini bildirir



Şimali Koreya 2007-ci ildə dayandırılmış nüvə zavodlarını bərpa etdiyini bildirir. Rəsmi informasiya agentliyinin aprelin 2-də yayılan məlumatında deyilir ki, hökumət Yongbyon nüvə kompleksini, o cümlədən onun uran zənginləşdirmə bolməsini yenidən işə salacaq.
Şimali Koreya 2006 və 2009-cu illərdə həyata keçirdiyi nüvə silahları sınaqlarında istifadə etdiyi materialları bu kompleksdə əldə edib.

2007-ci ildə əldə edilən beynəlxalq razılaşmadan sonra Pxenyan 50 000 ton yanacaq alıb, əvəzində də bu müəssisənin bir hissəsini bağlamışdı.

Şimali Koreya lideri Kim Jong Un bugünlərdə bildirib ki, ölkənin nüvə proqramı iqtisadi inkişafa dəstək verir.

Bir neçə gün əvvəl Kim həm də Cənubi Koreya ilə “müharibə vəziyyəti” elan edib. Şimali Koreya ABŞ-ın Cənubi Koreya ilə həyata keçirdiyi hərbi təlimə cavab olaraq bu addımı atdığını deyib.
XS
SM
MD
LG