Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:20

Türkiyə Ermənistana uçuşları başlamadan dayandırdı


-
Türkiyə Mülki Aviasiya Baş Müdirliyinin rəsmiləri Ermənistana planlaşdırılan uçuşları heç başlamadan dayandırıb.

İlk təyyarə aprelin 3-də uçmalıydı.
İki həftədənbir baş tutacaq uçuşlar Van şəhəri ilə Ermənistan paytaxtı arasında gerçəkləşdirilməli və təşkilatçı Narekavank Tour səyahət agentliyinin fikrincə, ikitərəfli turizm və ticarət əlaqələrini gücləndirməliydi. Artıq biletlər də satışa çıxarılmışdı.
Türkiyənin Nəqliyyat Nazirliyi uçuşların dayandırıldığını təsdiqləyib, ancaq səbəbini açıqlamayıb.

Van-Yerevan səfərlərini gerçəkləşdirəcək BoraJet Hava yolları şirkəti də uçuşların dayandırılmasına dair şərh verməsə də, Yerevanın Narekavank Tour səyahət agentliyi səbəbin siyasi olduğunu bəyan edib:

“Təşkilatçılar siyasətdən uzaq durmağa çalışırdılar. Türkiyə rəsmilərinin eyni şeyi edə bilməməsi çox kədərlidir. Onlar siyasətin ümidverici bir təşəbbüsə müdaxiləsinə imkan verdilər”.
1991-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ vilayətini və yeddi ətraf rayonu işğal etdikdən sonra Türkiyə Ermənistanda səfirlik açmaqdan boyun qaçırıb və 1993-cü ildən həmin ölkəylə sərhədini də bağlayıb.
Türkiyənin “Milliyet” qəzetinin xəbərinə görə, Narekavant Tour-un qurucularından Armen Hovhannisyan, uçuşları ləğv qərarına Azərbaycandan gələn basqının səbəb olub-olmadı barədə suala – “Əlbəttə, bu basqı həmişə var, bəlkə də pərdə arxasında buna çalışırlarmış” cavabını verib.
Prezident Administrasiyasında şöbə müdiri Əli Həsənov ötən həftə bir açıqlamasında uçuşlara sərt reaksiya vermiş və bunun “işğalçı bir ölkəyə” dəstək anlamına gəldiyini dilə gətirmişdi. O, Reuters agentliyinə müsahibəsində bildirmişdi ki, “Belə şeyləri Azərbaycanla eyni strateji maraqları bölüşən ölkələr edəndə, bunu ikiqat qəzəblə qarşılayırıq. Bu, təkcə bizim münasibətimiz deyil, bütün türk cəmiyyətinin münasibətidir”.
XS
SM
MD
LG