Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:03
-
Aprelin 2-də saat 19.00-da Akademik Milli Dram Teatrında XX əsr Azərbaycan teatrının və kinosunun tanınmış siması, Azərbaycan Respublikasının Xalq Artisti Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.
Teatr maraqlananları böyük aktyorun yubiley gecəsinə dəvət edir.
Xatırladaq ki, Həsənağa Turabov 1938-ci il martın 24-də Bakıda doğulub.
Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirəndən sonra Akademik Milli Teatrda işə başlayıb və ömrünün sonunacan bu teatrda çalışıb. Hətta bir müddət teatrın direktoru işləyib.
Onu ən çox məşhurlaşdıran obrazlar-- “Ölülər”də Kefli İsgəndər və “Hamlet”də Hamlet olub.
Həsənağa Turabov 2003-cü il fevralın 23-də Bakıda vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG