Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:42

Etimad Başkeçid mükafatdan imtina etdi


-

Yazıçı Etimad Başkeçid Azərbaycan Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına mükafatından imtina edib. O, gənc yazar Alpay Azərlə birlikdə nəsr nominasiyasında qalib elan edilmişdi.

O, bəyanatını kulis.az-a göndərib:

"AYB-nin keçirdiyi ədəbiyyat müsabiqəsində romanımın birinci yerlərdən birinə layiq görülməsi münasibətilə mənə təbriklər ünvanlayan bütün dostlara sidq ürəkdən təşəkkür edirəm.

Söz yox ki, uzun sürən durğunluqdan sonra bu tipli müsabiqənin təşkil olunması alqışlanmalıdır. Lakin xoş niyyətin bəyan edilməsi və onun layiqincə həyata keçirilməsi tamamilə fərqli şeylərdir.

Müsabiqənin nəticələrinə diqqət yetirdikdə açıq-aydın görünür ki, əvvəlcədən elan olunmuş qaydalar çeynənib, hər birinə ayrı-ayrılıqda hörmət bəslədiyim münsiflərin iradəsi «korrektə»yə məruz qalıb. Bu cür kütləvi mükafatlandırma kimə və nəyə lazımdır? Bu, toyuqlara dən səpmək kimi bir şeydir. Bu xüsusda yalnız bir ehtimal var: elə bil, kimsə cəmiyyətə mesaj ötürmək istəyir ki, müsabiqəyə təqdim olunan əsərlərin hamısı bir bezin qırağıdır, burada dişə vurulası heç nə yoxdur. Odur ki, mən bunu kütləvi cəzalandırma kimi qəbul edirəm.

Onsuz da Kamal Abdullanın istefası və çoxsaylı imtinalardan sonra müsabiqənin etibarı kifayət qədər zədələnmişdi. Ola bilsin, mən də müsabiqədən elə onda çəkilməliydim. Müsabiqənin nəticələri ilə bağlı ortaya çıxan mənzərə məhz bunu göstərir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq bu mükafatdan imtina edirəm.

Xüsusi olaraq bəyan etmək istəyirəm ki, bu addımımla mənimlə eyni nominasiyada qalib olmuş dostum Alpay Azərin əsərinin üzərinə qətiyyən kölgə salmaq niyyətim yoxdur və bu imtina, yuxarıda qeyd etdiyim kimi, yalnız müsabiqənin başdan elan olunmuş şərtlərinin pozulması və mükafatlandırmanın fəlsəfəsi ilə bağlıdır".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG