Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:06

Prokuror 12 nəfəri öldürən James Holmesə ölüm hökmü istəyir


James Eagan Holmes
James Eagan Holmes
ABŞ-ın Kolorado ştatının prokuroru ötən ilin yayında kinoteatrda atəş açaraq 12 nəfəri öldürən James Holmesə ölüm hökmü verilməsinə çalışır.

Məhkəmə ötən cümə günü günahını boynuna almaq əvəzində ölüm hökmündən qaçmaqla bağlı onun təklifini rədd edib.

Vəkillləri 25 yaşlı James Holmesin psixi xəstə olmasını təkid etsələr də müstənqiqlər onun bu hücumu bilərəkdən törətdiyini deyirlər.

Faciə ötən ili iyulun 20-də Denver teatrında Betmen filminə baxarkən törədilib.
XS
SM
MD
LG