Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:15

Almaniyada yaşayan azərbaycanlı rəssamın yubiley sərgisi açılır


-
Aprelin 2-dən 8-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında (Ünvan: Neftçilər pr.,123A) Almaniyada yaşayan azərbaycanlı rəssam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ebrahim Ehrarinin 75 illik yubiley sərgisi açılacaq.
Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Sərginin açılış mərasimi aprelin 2-də saat 18:00-də keçiriləcək.
Ebrahim Ehrari 1938-ci ildə İran Azərbaycanın Urmiya şəhərində doğulub.
1966-cı ildə Berlin İncəsənət İnstitutunun İnformasiya qrafikası və dizayn fakültəsində təhsil alıb.
1973-cü ildən Tehran İncəsənət Universitetində çalışıb. Universitetin Tətbiqi sənət şöbəsinin dosenti olub.
1975-ci ildə yenidən Avropaya qayıdıb. Berlində incəsənət tarixini öyrənməyə başlayıb.
1976-cı ildən Berlin peşəkar rəssamlar birliyinin üzvüdür.
Ebrahim Ehrari 2007-ci ildə yaradılmış «Berlin-Bakı» Qalereyasının rəhbərlərindən biridir.
O, həmçinin Almaniya paytaxtının 1892-ci ildə yaradılmış məşhur Qotfrid-Benn kitabxanasının həyətində, 2011-ci il may ayının 30-da ucaldılmış «Xocalı» abidəsinin təşəbbüskarı və müəlliflərindən biridir.
Xəbərdə vurğulanır ki, yubiley səgisində rəssamın rəngkarlıq və qrafika əsərləri təqdim olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG