Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Azərbaycanda fahişəliyə qarşı qanun qəbul edilə bilər


Azərbaycanda şəxsin cinsi toxunulmazlığı, cinsi azadlığı, eyni zamanda cinsi əxlaqsızlığa qarşı mübarizə və bunun törətdiyi fəsadların aradan qaldırılmasını tənzimləyən yeni qanun layihəsinin qəbulu olunması gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, layihə bir sıra QHT-lərin müraciəti əsasında bir qrup deputatın təşəbbüsü əsasında hazırlanaraq müzakirəyə çıxarıla bilər.

Layihəyə əsasən, yetkinlik yaşına çatmayanların və çatanların cinsi azadlığı, cinsi istismara və insan alverinə qarşı mübarizədə yeni profilaktik metodların tətbiq olunması, o cümlədən fahişəlik fəaliyyəti nəticəsində yayılan xəstəliklərin qarşısının alınması, buna qarşı mübarizə yeni standartlara uyğun formada tənzimlənəcək.

Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Hzırda Azərbaycanda bu sahədə ayrıca qanun mövcud deyil, bu kimi əməllər baş verdikdə isə Cinayət və İnzibati Xətalar məcəllələri ilə yalnız məsuliyyət müəyyən olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG