Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:31

Twitter istifadəçisi 2 il həbs cəzası aldı



Küveytdə Twitter istifadəçisi 2 illik həbsə məhkum edilib. O, ölkə rəhbərini təhqir etməkdə günahlandırılır. Bu barədə hüqüq müfadiəçi fəalları məlumat yayıb.

Ərəb baharından bəri Körfəz ölkələri hakimiyyətlərinin sosial mediayaya qarşı təzyiqləri artıb.

Küveyt İnsan Haqları Cəmiyyətinin rəhbəri Mohammad al-Humaidi deyib ki, ötən bazar günü məhkəmə sosial media fəalı Hamed al-Khaledi ölkə əmirini təhqir etməkdə suçlu bilib. Al-Khaledi apleyasiya verə bilər.

Küveyt Körfəzdə daha azad siyasi sistemə sahibdi, amma rəsmilər sosial media fəalları və tənqidçilərinə qarşı kəskin münasibət göstərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG