Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:25

Naxçıvan müxalifətçiləri gənclərin həbsini pisləyir


Naxçıvan müxalifətçiləri

Naxçıvan müxalifətçiləri

-
İctimai Palatanın Naxçıvan şöbəsinin aprelin 1-də toplantısı olub. Toplantıda “NİDA” təşkilatının üzvlərinin həbsini pisləyən bəyanat qəbul edilib.

Bu haqda AzadlıqRadiosuna Müsavat Partiyası Naxçıvan Təşkilatının fəalı Telman Ağayev məlumat verib. Onun sözlərinə görə, yığıncaqda Naxçıvandakı ictimai-siyasi vəziyyət də müzakirə edilib:

“Biz hesab edirik ki, NİDA hərəkatının üzvləri saxta ittihamlarla həbs olunublar. Məqsəd son dövrlər fəallaşan gənclərin gözünü qorxutmaqdır. Biz onların dərhal azadlığa buraxılmasını tələb edirik. Bəyanatda həmçinin martın 15-də Müsavat Partiyasının Naxçıvan MR Təşkilatının sədri Sabir Vəliyevə qarşı naməlum şəxslər tərəfindən sui-qəsd olunması da kəskin şəkildə pislənib. Biz yerli hakimiyyətdən bu olayın ciddi araşdırılmasını, günahkarların tapılaraq cəzalandırılmasını tələb edirik. Sabir Vəliyevə qarşı törədilən bu hərəkət həm də İctimai Palatanın Naxçıvan şöbəsini zəiflətmək məqsədi daşıyır”.
XS
SM
MD
LG