Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:22

Tikritdə törədilən partlayışda 7 polis ölüb


İraqın Tikrit şəhərində törədilən partlayışda 7 polis ölüb, 14-ü isə yaralanıb.
İraq rəhbərliyinin məlumatına görə intiharçı minalanmış maşını polis məntəqəsində partladıb.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Amma Əl Qaidənin yerli qanadı olan “İraq islam dövləti” qrupu vaxtaşırı bu cür hücumlar törədir.

Aprelin 20-də ölkədəki 20 əyalətdən 18-də yerli seçkilər keçiriləcək.
Frans-Press agentliyi indiyədək azı 11 namizədin öldürüldüyünü və 2 əyalətdə seçkinin təxirə salındığını xəbər verir.
XS
SM
MD
LG