Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:10
-


Bu foto «SimsizTeleqraf» müsabiqəmizdə sonuncu - 10-cu qalibdi. Onun müəllifi Etibar Salmanlını təbrik edirik!

Etibar Salmanlı ilə əlaqə saxlaya bildik. O, dörd ildən çoxdur ki, bloqçudur. Həm də FB-də "Yeraltı kitablar" layihəsinbin rəhbəridir. Dediyinə görə əsas hobbisi kitablardır.

Etibar Salmanlı "Bakı müharibəsi 2013" adlandırdığı bu fotonu Bakının mərkəzində "Qış Parkı" deyilən ərazidə çəkdiyini deyir.


+++++++


Bununla «SimsizTeleqraf» müsabiqəmiz də yekunlaşır. Son 10 həftədə qalib olan bütün mükafatçılarımızı bir daha təbrik edirik!

Bu müddət ərzində müsabiqəyə 170-ə yaxın foto və video göndərildi. Onlardan 140-a yaxını saytımızda istifadə olundu.

Müsabiqdə iştirak edən hər kəsə minnətdarıq. Əlbəttə, kimlərinsə hədiyyə almaması, qalib olmaması heç də onların göndərdiklərinin dəyərini azaltmır.

Səmimi qeyd edirik ki, bəzi həftələr fotolar və videolar bir-birindən maraqlı olduğundan münsiflər olduqca çətin seçim qarşısında qalırdılar.

Bundan sonra da videolarınızı, fotolarınızı gözləyirik. Qarşınıza çıxan hadisələri, görüb-eşitdiklərinizi fotoya, videoya çəkib göndərin. Onlardan məmnuniyyətlə SAYTIMIZDA İSTİFADƏ EDƏCƏYİK.

Gondərilmə qaydalarını artıq çoxlarınız bilirsiz. Hər ehtimala, bu qaydalarla elə bu səhifədə bir daha da tanış ola bilərsiz.

Bir daha müsabiqədə iştirak etmiş hər kəsə uğurlar arzusu ilə,

SimsizTeleqraf.

nömrəmiz (+420) 778 711 700

Çəkdiyiniz video və fotoları bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG