Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:10

İtaliyada azərbaycanlıların «Yazda Şərqlə görüşlər»i


İtaliyada azərbaycanlıların «Yazda Şərqlə görüşlər»i
İtaliyada azərbaycanlıların «Yazda Şərqlə görüşlər»i
-

Martın 27-də Giuseppe Verdi adına Milan Konservatoriyasında «Yazda Şərqlə görüşlər» adlı tamaşa göstərilib.

Tamaşada Azərbaycan poeziyasından nümunələr səsləndirilib.

Tədbir İtaliyada fəaliyyət göstərən «Azəri» Azərbaycan Mədəniyyət Assosiasiyası, eləcə də Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutub.

Tamaşanın birinci hissəsində Səməd Vurğun, Məmməd Araz, Fikrət Qoca və başqa Azərabaycan şairlərinin şeirləri italiyan dilində səsləndirilib. Şeirləri italyan dilinə Vladimir Delman adına xorun bədii rəhbəri, konservatoriyasının professoru Mais Nuriyev və Milan konservatoriyasının professoru, şair, bəstəkar Davide Gualtieri tərcümə ediblər.

Tamaşanın ikinci hissəsində Opera və Balet Teatrının solistləri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət parçalar ifa ediblər.

Davide Gualtier-i tərəfindən musiqisi yazılan, Məmməd Arazın «Necə unudum səni», Fikrət Qocanın «Adi insan», Səməd Vurğunun «Mən tələsmirəm» şeirləri Mais Nuriyev tərəfindən qoyulan xoreoqrafik əsər kimi təqdim olunub.

Tamaşanın rejissoru Giorgio Kopplin idi.
XS
SM
MD
LG