Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:04
Keniya hakimiyyəti mümkün hərc-mərcliyin qarşısını almaq üçün paytaxt Naybori və Kisumu şəhərində küçələrə əlavə qüvvələr çıxarıb.

Bundan əvvəl Kisumi şəhərində polislə toqquşmada 2 nəfər ölüb.
Keçmiş baş nazir və prezident seçkisində baş nazir müavini Uhuru Kenyattaya məğlub olan Raila Odinqanın yüzlərlə tərəfdarı keçələrə çıxıb.

Keniyanın ali məhkəməsi martın 4-də keçirilən seçkinin nəticələrini təsdiqləyib.

Haaqa tribunalı Uhuru Kenyattanı 2007-ci il seçkilərindən sonra insanlığa qarşı cinayət törətmək və zorakılıqda ittiham edir.

Həmin vaxt baş verən iğtişaşlarda 1000-dən çox adam ölüb, 600 mindən çox adam isə ev-eşiyindən didərgin düşmüşdü.
Kenyatta ittihamları rədd edir.
XS
SM
MD
LG