Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

Ağ ev Şimali Koreyanın bəyanatını ciddi qarşılayır


Ağ ev
Ağ ev
Ağ ev Şimali Koreyanın Cənubi Koreya ilə müharibə vəziyyətinə girməsi ilə bağlı bəyanatını ciddi qarşılayır.

ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Keytlin Heyden (Caitlin Hayden) bildirib ki, Vaşinqton daima Seulla əlaqə saxlayır.

Şimali Koreyanın dövlət televiziyası dünən Pxenyanın Cənubi Koreya ilə müharibə vəziyyətinə girdiyini bəyan edib.
Bəyanatda xəbərdarlıq edilir ki, istənilən hətbi təxribat genişmiqyaslı münaqişə və nüvə müharibəsinə səbəb ola bilər.

Ağ ev isə regionda özü və müttəfiqlərinin maraqlarını qorumağa hazır olduğunu bəyan edib.

Şimali Koreya bu günlərdə BMT təhlükəsizlik şurasının ona qarşı yeni sanksiyaları və ABŞ-la Cənubi Koreyanın regionda keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq 1953-cü ildə koreya yarmadasında əldə edilmiş barışıq razılaşmasından çıxdığını bəyan edib.

Pxenyan özü isə bundan əvvəl yeni nüvə sınağı keçirib.
XS
SM
MD
LG