Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Çində itkin düşən 82 şaxtaçı axtarılır


Arxiv foto: Çində sürüşmə qurbanları axtarılır

Arxiv foto: Çində sürüşmə qurbanları axtarılır

-

Çinin Tibet rayonunda sürüşmə zamanı itkin düşən 82 şaxtaçıdan hələ də xəbər yoxdur. Ötən gün xilasedicilər itkin düşən şaxtaçılardan birinin meyitini tapıb.

Çin mətbuatının məlumatına görə, 3500-ə yaxın xilasedici axtarış işlərinə cəlb olunub. Ancaq onları sağ tapmaq ehtimalı getdikcə azalır.

Hökumət ərazidə yenidən sürüşmə olacağından ehtiyatlanır.

Şaxtaçılar dövlətə məxsus China National Gold Group mədənində işləyirdi.

Sürüşmə martın 29-u səhər saatlarında Tibet muxtar rayonunun inzibati mərkəzi - Lhasa şəhəri yaxınlığında baş verib. Nəhəng sürüşmə nəticəsində 83 şaxtaçı torpaq altında qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG