Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 23:48

Pakistanda siyasətçiyə hücum edilib, ölənlər var


Pakistanın şimal-qərbindəki Bannu şəhərində törədilmiş partlayışda 2 nəfər ölüb, 6 nəfərsə yaralanıb.

Yerli siyasətçi Adnan Vazirin maşın karvanı yoldan ötərkən partlayış baş verib.
O yaralanıb və xəstəxanaya götürülüb.

Milli “Avami” partiyasının keçmiş üzvü Adnan Vazir Xayber-Paxtunxva əyalətində keçirilən yerli seçkilərdə mübarizə aparmaq fikrindədir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə göterməyib.
Amma “Təhriki-Taliban” qrupu “Avami “ partiyasının üzvlərini dəfələrlə hədələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG