Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:00

Ermənistanda taksi sürücüləri ilə bağlı qanunlar vaxtaşırı dəyişir


Arxiv foto: Yerevanda taksi sürücülərinin etirazı

Arxiv foto: Yerevanda taksi sürücülərinin etirazı

-

Narine Qaleçyan


Bu gün Ermənistanda taksi xidməti göstərən 3 minədək şirkət var. Elə bu saydan təxmin etmək olar ki, taksi biznesi gəlirlidir. Hərçənd Ermənistanda şəxsi taksi sürücüləri müxtəlif problemlərlə üzləşirlər.

AĞ YOXSA SARI? NÖMRƏ NİŞANLARI İLƏ BAĞLI TƏLƏBLƏR VAXTAŞIRI DƏYİŞİR

Bir neçə il əvvəl hökumət qərar qəbul edib ki, şəxsi taksilərin ağ nömrə nişanları sarılarla əvəzlənsin və qanuni fəaliyyət göstərsinlər. Ancaq bu gün hökumət yeni qanun layihəsi təklif edir. Yeni layihəyə əsasən, taksi sürücüləri sarı nömrə nişanlarını yenidən ağ ilə əvəzləməli və maşının qabaq şüşəsinə müvafiq lisenziya yapışdırmalıdırlar. Bu lisenziya taksinin qanuni fəaliyyət göstərməsinin sübutu olacaq.

Neçə ildir bu cür dəyişikliklərə etiraz edən, mitinqlər keçirən erməni sürücülər nəhayət xeyli pul xərcləməklə həmin tələblərə əməl etməli olublar. Sürücülərin sonuncu etiraz aksiyası elə bu günlərdə keçirilib. Taksi sürücülərinin hüquqlarını müdafiə edən hüquqşünas Qevork Dosturyan deyir:

«Qanunvericilik hökumətə bütün özəl taksi sürücülərinin və ya onların 90-95 faizinin işini qanuniləşdirməyə səlahiyyət verilib. Biz yeni qanun layihələrinə qarşı çıxmarıq, heç olmasa onu 2 ildən sonra – hamı qanuni işləyəndən sonra təqdim etsinlər».

NƏQLİYYAT NAZİRİNİN İZAHATI

Ermənistan baş naziri T. Sarkisian (sol) yeni təyin olunmuş Nəqliyyat naziri Gagik Beglarian-ı təqdim edir

Ermənistan baş naziri T. Sarkisian (sol) yeni təyin olunmuş Nəqliyyat naziri Gagik Beglarian-ı təqdim edir

Sonuncu aksiya zamanı nəqliyyat naziri Gagik Beglarian taksi sürücüləri ilə görüşüb. O bildirib ki, mitinqlərin birində taksi sürücüləri sarı nömrə nişanlarına etiraz ediblər və bunun avtomobillərdən şəxsi məqsədlə istifadəyə maneçilik törətdiyindən şikayətləniblər. Həmçinin sürücülər məcburi tibbi sığorta və texniki baxışın bahalı olmasından narazılıq ediblər. Nazir bildirib ki, bütün bu şikayətlərə baxılıb və nəticədə şəxsi taksi sürücülərini qane edəcək yeni qanun layihəsi təklif olunub. Taksi sürücüləri ilə görüşən nazir əvvəlcə özü onlara sualla müraciət edib:

- Mən bilirəm ki, siz taksi sürücülərisiz. Konkret olaraq nə tələb edirsiz?

- Biz vergilərin azaldılmasını istəyirik, biz sarı nömrələrə alışmışıq, onları dəyişmək istəmirik.

NAZİR RAZILAŞDIQLARINI DÜŞÜNSƏ DƏ, SÜRÜCÜLƏR NARAZIDIRLAR

AzadlıqRadiosunun erməni xidməti Gagik Beglarian-dan yeni qanun barədə sürücülərin bədgüman olmasının səbəbini və qanunun sürücülərin xeyrinə olub-olmayacağı barədə soruşanda, nazir cavab verib: «Bir neçə QHT sürücülərin hesabına böyük pullar qazanır və indi onlar sürücüləri qanunların onların əleyhinə olmasına inandırmağa çalışırlar». Nazir daha sonra deyib:

Ermənistanda yol polisi

Ermənistanda yol polisi

«Şəxsi taksilərin sürücüləri ayda tibbi müayinə üçün 5 min dram ödəyirdi, həmçinin ayda 10 min dram da mühasibatlıq sənədlərinə gedirdi, yeni qanuna görə onlar bütün xərclərdən azad olunur. İndi biz təklif edirik ki, hər bir sürücü 12 min dram ödəsin və rahat işləsin».

Nəqliyyat naziri aksiyaçıları inandırdığını düşünsə də, etirazçıların əksəriyyəti öz fikrində qalıb:

- Ötən il mən cəmi 10 min dram ödəyirdim, yanvar ayından isə 15 min dram ödəməli olmuşam.

- Bizim lisenziyamız var, sarı nömrə nişanları, yəni leqal işləyirik. Anlaya bilmirəm ki, bunları yeni qanunu qəbul etməyə nə vadar edir?.

Şərhləri göstər

XS
SM
MD
LG