Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:31

Şərhçi Elnur Əşrəfoğlu: «Azakeşləri anlayırıq» - [Video]


Foto: Arxiv
Foto: Arxiv
-


Azərbaycanda futbol şərhləri sənin ürəyincədirmi

Facebookdan birbaşa şərh yaz

Futbolu əcnəbi televiziya kanallarında izləyənlərin sayı getdikcə artır.

Azərbaycanda futbolsevərlər idmanın bu növünü əsasən türk və rus kanallarında izlədiklərini bildirirlər. Halbuki, yerli telekanallar ən mötəbər futbol yarışlarının əksər maraqlı oyunlarını canlı yayırlar. Onda nədən futbolsevərlər bu oyunları öz ana dillərində yox, əcnəbi dillərdə izləməyə üstünlük verirlər? Yerli şərhlərdə onları razı salmayan nədir?

Bu suallara cavabı Azadlıq FM-də axtarmışıq.

Verilişin qonağı futbol şərhçisi Elnur Əşrəfoğlu olub:

- Azərbaycanda şərhçilər arasında ixtisaslaşma yoxdur. Şərhçilərin sayı azdır. Bir şərhçi eyni zamanda bir neçə idman növünü şərh edir. Rusiyada və Türkiyədə çox nadir hallarda futbol şərhçisi voleybolu şərh edir.
- Şərhçi 50-60 faiz idmanın inkişafından danışırsa demək ki, ondan rəhbərlik bunu tələb edir. Azarkeşlər şərhçilərdə günah axtarmasınlar.
- Azakeşləri anlayırıq. Önəmli futbol oyunu zamanı güləşin inkişafından danışmaq təbii ki, yolverilməzdir. Çox təəssüf ki, rəhbərliyin, qurumun tapşırığı nəticəsində bu cür hallar olur.
-Azərbaycanda Türkiyə şərhçiləri daha çox qəbul olunur. Buna səbəb türk futbolunun uğurudur. Rus şərhçiləri isə oyunu daha yaxşı analiz edir.
- Futbol şərhçisi hər iki komanda haqqında ətraflı məlumat yığmalı, oyunla yaşamalı və tərəf tutumamalıdır.
Futbol azarkeşi Amin Nəzərli:
- Futbol idmanın şahıdırsa, oyun zamanı futboldan başqa idman növündən danışmaq düzgün deyil. Buna görə də bəzən televiziyanın səsini alıb şərhsiz baxırıq futbola.
-İzləyicini cəlb etmək həm futbolçuların oyunundan, həm də futbol şərhçilərindən asılıdır. Futbolçular yaxşı oynayırsa, şərhçi ikinci plana keçir.
-Bu problem danışmaqla həll olunmaz. Şərhçilər üçün seminarlar, treninqlər təşkil olunmalıdır ki, daha peşəkar olsunlar.

EFİRƏ BAX, DİNLƏ, MÜZAKİRƏ ET
XS
SM
MD
LG