Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17

ABŞ ordusu "Nirx" bazasını Əfqanıstan qüvvələrinə təhvil verib


Foto arxiv

Foto arxiv

ABŞ-ın xüsusi təyinatlı qüvvələri Əfqanıstanın Vardak əyalətindəki Nirx bazasını Əfqanıstan qüvvələrinə təhvil verib.

Bunu prezident Hamid Karzai tələb edirdi.

Karzai ABŞ və yerli qüvvələri işgəncə və insanların yoxa çıxması da daxil olmaqla insan haqlarını pozmaqda günahlandırır.

ABŞ rəsmiləri ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG