Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:32

«N!DA»çılardan daha 2-si 3 aylıq həbs edildi [Video]


NIDA -çılara həbs
Gözlə
Embed

No media source currently available

0:00 0:02:21 0:00

NIDA -çılara həbs

-
19:18 - RƏŞADƏT AXUNDOVA DA 3 AYLIQ HƏBS

Məhkəmə «N!DA»çı Rəşadət Axundov barəsində də 3 aylıq həbs qərarı çıxardı.

Üzeyir Məmmədli kimi, o, da CM-nin 228.3-cü maddəsi ilə ittiham olunur.

18:24 - RƏŞADƏT AXUNDOV MƏHKƏMƏYƏ GƏTİRİLİB

Nəsimi rayon Məhkəməsi Üzeyir Məmmədli barəsində 3 aylıq həbs qərarı verib.

Rəşadət Axundovu da Nəsimi məhkəməsinə gətiriblər. O, AzadlıqRadiosuna müsahibəsində təqsirləndirilən şəxs qismində saxlandığını deyib.

Proses davam edir.

17:02 - ÜZEYİR MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ AÇILIB

Üzeyir Məmmədli
Üzeyir Məmmədli
«N!DA» Hərəkatın daha bir üzvü - Üzeyir Məmmədli də saxlanıb.

Martın 30-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində təkrar sorğu-sualdan sonra ona CM-nin 228.3-cü (qanunsuz odlu silah saxlama) maddəsi ilə cinayət işi açılıb.

Bunu AzadlıqRadiosuna hərəkat üzvünün vəkili Fəxrəddin Mehdiyev deyir.

«Onu istintaq idarəsindən Nəsimi rayon Məhkəməsinə gətiriblər, biz indi məhkəmədəyik».

İttiham təsdiqlənərsə, Üzeyir Məmmədli 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.

16:00- RƏŞADƏT AXUNDOV SAXLANIB
Rəşadət Axundov
Rəşadət Axundov

«N!DA» Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundov martın 30-da saxlanıb.

Bu barədə AzadlıqRadiosuna təşkilat üzvü Turqut Qəmbər məlumat verib:​

«Təxminən 14:30 radələrində evdən çıxanda saxlanıb. O, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb. Vəkillə artıq təmin olunub. Digər bir üzvümüzə də zəng çatmır, dəqiqləşdiririk görək haradadır. Ola bilsin, o da saxlanıb».

Buna qədər «N!DA» Hərəkatının 4 üzvü saxlanıb və barələrində 3 aylıq həbs qərarı çıxarılıb.

Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizov martın 10-da «Fəvvarələr» meydanında keçirilmiş etiraz aksiyasında «Molotov kokteyli»ndən istifadəyə cəhddə ittiham olunurlar.

Rəşad Həsənov isə qanunsuz silah saxlamaqda təqsirləndirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG