Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:25

Daha bir məhbusun müdafiə komitəsi yaradıldı


-
Martın 30-da AXCP sədrinin qaynı, «Texnikabank»ın sabiq əməkdaşı Elnur Seyidovun hüquqlarını müdafiə komitəsi yaradılıb.

Müsavat Partiyasının qərargahında keçirilən toplantıda hüquqşünas Vidadi Mirkamal Elnur Seyidovun həbsinin sıradan bir hadisə olmadığı vurğulayıb. Onun AXCP sədri Əli Kərimliyə təzyiq göstərmək üçün həbs olunduğunu deyib.

«Texnikabank»ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov 2012-ci il martın 27-də həbs edilib.

O, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

İttiham təsdiqlənərsə, o, 7 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Bu iş üzrə ümumilikdə 25 nəfər təqsirləndirilir. Onların arasında bankın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevlə Yasamal filialının sabiq müdiri Azər Cəfərli də var. Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb və barəsində başqa yerə getməmə haqqında qərar çıxarılıb.

Martın 29-da «Texnikabank»ın işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib. Proses aprelin 3-ə təyin edilib.
XS
SM
MD
LG