Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:40
-
PARİSDƏN AÇILAN AZƏRBAYCAN SİRLƏRİ

«Axtarışlarım zamanı indi «Hacı Məmmədovun dəstəsi» kimi tanınan qrupun izinə düşə bilmişdim».

Bunu «Yeni Müsavat» qəzetinə göndərdiyi yazısında Milli Təhlükəsizlik Nazirliyinin sabiq zabiti, hazırda Fransada mühacirətdə olan Ramin Nağıyev qeyd edib.

O, bundan sonra işdən azad edildiyini, izləndiyini və təzyiqlərə məruz qaldığını yazır. Sabiq MTN-çi hətta ailəsinə qarşı sui-qəsd cəhdi olduğunu, amma xoşbəxtlikdən baş tutmadığını bildirir:

«Bunların heç biri təsadüfi deyildi, artıq nə özümün, nə də yaxınlarımın həyatını riskə ata bilməzdim. Ona görə də 1999-cu il dekabrın 30-da ailəmi də götürüb Azərbaycandan getdim».

AZƏRBAYCANA TƏZYİQ ÇAĞIRIŞI

«Hakimiyyət prezident seçkilərinə ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunu buraxmaq istəmir».

«Azadlıq» qəzeti yazır ki, bunu amerikalı sabiq diplomat Rebecca Vincent «Al Jazeera»də dərc olunan növbəti yazısında qeyd edib.

Keçmiş diplomat ABŞ-ın Milli Demokratiya İnstitutunun rəhbərinə qarşı aparılan kampaniyadan da söz açır: Rebecca Vincent

Rebecca Vincent


«Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün Azərbaycan hakimiyyətinə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsi üçün təzyiqlər artırılmalıdır».

«ŞURA-ŞURA» OYUNU

«Yeni Azərbaycan» qəzeti Milli Şuranın iç üzünün açılmasından yazır. Qəzet qeyd edir ki, yalançı layihələr irəli sürən Eldar Namazovla Rüstəm İbrahimbəyov «EL» Hərəkatında heç kimin onların yayında olmadığını görüb yeni oyuna əl atıblar:

«Yatıb yuxuda gördüyünü layihə adı ilə ortaya sürən həmin insanlar bu dəfə də radikal düşərgəni öz «çətirləri» altına yığmağa qərar verdilər. ... Görünən budur ki, reneqat Namazovun «El» fiaskosunun ardından başladığı «şura-şura» oyunu da baş tutmadı...».

ALİ MƏKTƏBLƏRDƏ TƏQAÜD NARAZILIĞI

«Bizim yol» qəzeti ali məktəblərdəki təqaüd böhranından yazır. Qəzet Dövlət İqtisad və Dillər universitetlərində tələbələrin təqaüdlərinin bir neçə aydır verilmədiyinə toxunur: Foto: Arxiv

Foto: Arxiv


«Təhsil müəssisələri yaxın günlərdə problemi həll etməzlərsə, etiraz aksiyası keçiriləcək».

Qəzetə görə, ali məktəblər təqaüd gecikməsini yanvarın sonuna sessiyanın bitməsi və sonradan da bir çox bayramların olması ilə əlaqələndirirlər:

«Universitet mühasibinin dediyinə görə, tələbələr ən geci aprelin 5-ə qədər təqaüdlərini ala biləcəklər».

«BİZİM HAKİMİYYƏT İNSANLARIN MARAQLARINI İFADƏ ETMƏSƏYDİ...»

«İfrat radikalizmə yer yoxdur, onun sonu iflasdır».

Bunu «Azərbaycan» qəzetinə müsahibəsində YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

«Bizim hakimiyyət insanların maraqlarını ifadə etməsəydi, Azərbaycan cəmiyyəti hakimiyyətə mənfi reaksiya verərdi. Bu maraq milli, dövlət marağıdır. Ona görə də hər cür ifrat radikalizmə yer yoxdur və onun sonu iflasdır…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG