Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13

H. Abutalıbov: «Mən onların qəlbindəki şeytanı mələyə çevirəcəm» - [Video]


-
Martın 29-da BŞİH-nin başçısı Hacıbala Abutalıbov Qış Bulvarında görülən işlərə baxış keçirib..

Ərazidə olan şəhər meri AzadlıqRadiosunun suallarını cavablandırıb.

Hacıbala Abutalıbov Gül Bayramı üçün görülən işlərdən, ərazidə olan əhalinin köçürülməsindən danışıb.

O qeyd edib ki, Heydər Əliyevin doğum günü üçün keçən ilkindən 2 dəfədən çox gül gətiriləcək.
Hacıbala Abutalıbov həmçinin insanların ərazidən köçürülməsinə də münasibət bildirib:

«Bütün bunlar şəhərimizin abadlaşdırılması üçündür. İnsanların heç birində narazılıq yoxdur. Xahiş edirəm onlardasn yaxşını yaxşı görsünlər, pisdə də yaxşı görsünlər. Mən onların qəlbindəki şeytanı mələyə çevirəcəm»

Elə bir gün əvvəl bu ərazidə qalan azsaylı sakinlərlə onların evlərini sökmək istəyən Bakı şəhər İcra Hakimiyyətinin fəhlələri arasında qarşıdurma yaranmışdı. Həmin qarşıdurma zamanı müxbirimiz Nüşabə Fətullayevanın çəkdiyi videokadrlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG