Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12

Suriya müxalifəti İordaniya ilə sərhəddəki əsas şəhərlərdən birini ələ keçirib



Azad Suriya ordusu ölkənin İordaniya ilə sərhədindəki strateji cəhətdən vacib olan Dael şəhərini ələ keçirdiyini bildirir. Britaniyada mənzillənən Suriyada insan haqlarını müşahidə təşkilatının məlumatına görə bu şəhər uğrunda döyüş bir gün davam edib və mülki sakinlər də daxil olmaqla 38 nəfər həlak olub.

Dael Suriyanın paytaxtı Dəməşqlə Daraa vilayəti arasındakı əsas avtomobil yolunun üzərində yerləşir.

Müxalifət qüvvələri Deraada daha bir neçə şəhərin onların əlində olduğunu, indi isə əyalətin mərkəzinə doğru hərəkət etdiklərini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG