Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

ABŞ Rusiyanı qeyri-hökumət təşkilatlarından əl çəkməyə çağırır


ABŞ Rusiya hakimiyyətinin “qeyri-hökumət təşkilatları ovuna” çıxdığını bildirir.
Keçən həftədən Rusiya hökuməti onlarla yerli və xarici qeyri-hökumət təşkilatından təkrar qeydiyyat və maliyyə sənədlərinin təqdim olunmasını tələb edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nulan deyib ki, bununla Rusiya hakimiyyəti ölkədə vətəndaş cəmiyyəti qurumlarının vacib funksiyasını zəiflədə bilər.
Rusiya prezidenti Vladimir Putin isə qeyri-hökumət təşkilatlarındakı hazırkı yoxlamaları rutin prosedur qaydaların icrası kimi izah edib. Onun dediyinə görə dövlət orqanları sadəcə həmin qeyri-hökumət təşkilatlarının dövlətin maraqlarına və qanunlarına nə qədər uyğun fəaliyyət göstərmələri yoxlanır.

Martın 28-də Rusiya ombudsmanı ilə görüşündə president Putin həm də əlavə edib ki, həmin təşkilatları yoxlayan dövlət qurumları da həddən çox dərinə getməməlidirlər.
Rusiyadakı ictimai fəllar hazırkı yoxlamaları görünməmiş addım adlandırıblar. Avropa Birliyi də hökumətin bu addımını narahatlıq doğuran hərəkət adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG