Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:09

Şimali Koreya raketlərini ABŞ hədəflərinə tuşladığını bildirir



Şimali Koreya bildirir ki, öz raketlərini ABŞ ərazisindəki quru hədəfləri, eləcə də və Sakit Okean və Cənubi Koreyadakı hədəfləri vurmağa tuşlayıb. Dövlət mediasının xəbərinə görə ABŞ-ın bombardmançı təyyarəsinin Koreya yarımadası üzərində uçmasına cavab olaraq Şimali Koreya lideri Kim Jong Un raketləri ABŞ hədəflərinə tuşlamaq əmri verib.

Dövlət mediası artıq onların ifadəsiylə deyilsə, “ABŞ imperializmi ilə hesab çəkməyin vaxtı gəldiyini” bildirir.

Şimali Koreya müharibənin hər an başlaya biləcəyini iddia edir.

ABŞ Cənubi Koreya ilə birgə hərbi təlim çərçivəsində nüvə silahı daşıya bilən B-2 tipli iki bombardmançı təyyarənin Koreya yarımadası üzərində uçduğunu təsdiqləyir.
XS
SM
MD
LG