Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

Əzaq idxalı 2012-ci illə müqayisədə azalıb


-
2013-cü ilin iki ayında Azərbaycanın idxal strukturunda ərzaq məhsullarının xüsusi çəkisi 2012-ci ilin həmin dövrü üçün 3,2 faiz azalaraq 9,6 faiz olub. Ərzaq idxalının həcmi $138,4 milyon olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin analoji dövrü ilə müqayisədə ölkəyə ərzaq idxalı 20 faiz azalıb. Bu ilin ilk iki ayında ölkəyə ət və ət məhsullarının, kərə yağı bitki yağı, qənd və şəkər tozu idxalı azalıb.
Buğda idxalının həcmi $51,1 milyon təşkil edib. Bu da 2012-ci ilin yanvar-fevral aylarına olan göstəricidən 2,7 faiz çoxdur.
Tütün və tütün məmulatlarının idxalı artıb. Ümumi dəyəri $41,8 milyon həcmində tütün və tütün məmulatı idxal olunub ki, bu da 2012-ci ildə olduğundan 23,5 faiz çoxdur.
İdxal strukturunda sementin payı 1 faiz, dərman preparatları 2,2 faiz təşkil edib.
İdxal strukturunda birinci yeri 30,5 faiz ilə investisiya təyinatlı mallar – maşın və avadanlıqlar, elektrik cihazları tutur. Həmçinin $204,6 milyon məbləğində qara metal və qara metal məmulatı idxal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG