Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:48
-

«Başla hərəkatı» tərcümə etdiyi ilk kitabı oxuculara təqdim edib.

«Başla kitab» layihəsi Lev Tolstoyun «Etiraflar» kitabı azərbaycancaya tərcümə edilib.
Kitabı rus dilindən Emin Əliyev tərcümə edib.
Tolstoyun “Etiraflar”ı 1879-81-ci illərdə yazılıb.
Kitab həyatın mənasızlığından əzab çəkən şəxsiyyətin mənəvi axtarışları, din və sənət adamlarının həyatın mənası haqqında uydurmalarıdır.

Kitabın ərsəyə gəlməsində iştirak edən “Başla hərəkatı”nın üzvləri Turqut Qaraca və Mehman Abdullayev AzadlıqRadiosunun suallarını cavablandırıblar.
- Başla hərakatının əsas fəaliyyət sahəsi hansı istiqamətdədir?
- Hərəkat yaranarkən əsas fəaliyyət istiqaməti olaraq maarifləndirici, maraqlı və aktual videoların Azərbaycan dilinə tərcümə olunması vasitəsilə cəmiyyətə informasiyanın verilməsi ilə məşğul olurdu, Youtube video portalında “Başla TV” adı ilə fəaliyyət göstərən kanalda indiyə qədər 200-dən artıq video tərcümə olunaraq yerləşdirilib. Daha sonra isə biz daha bir proyektə - Başla Kitab layihəsinə start verərək kitab tərcümələri ilə də cəmiyyəti məlumatlandırmağa qərar verdik. İlk nəşr olunan kitabımız Lev Tolstoyun “Etiraflar” kitabı oldu.
Turqut Qaraca kitabın cəmiyyətdə bütün yaş qrupları arasında yaxşı qarşılandığını, regionlarda yaşayan insanların da kitaba maraq göstərdiyini deyir.
Kitabın nəşr olunması üçün lazım olan vəsaiti isə hərəkat üzvləri öz aralarında toplayıblar.
Hərəkat üzvlərinin dediklərinə görə, “Başla Kitab” layihəsi çərçivəsində aprelin sonlarında ikinci bir kitab nəşr olunacaq. Kitabın adının isə hələlik açıqlamaq istəmirlər:
- İlk kitab 300 tirajla nəşr olundu və cəmiyyət tərəfindən çox yaxşı qarşılandı. Növbəti kitabı daha böyük tirajla çap etdirməyi düşünürük.
Turqut Qaraca deyir ki, “Başla” hərəkatının əsas məqsədi insan şüurunu həm informasiya, həm də etik çərçivədə dəyişməkdir.

Sayta hazırladı: İsmayıl Hüseynov

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG