Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:45
-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstarın Azərbaycanın şimal bölgələrinə səfəri martın 29-da davam edib. Səfir Xaçmaz rayon İcra Hakimiyyətində görüş keçirib. Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ona rayondakı iqtisadi sosial inkişaf barədə ətraflı məlumat verib.
Səfir rayonda fəaliyyət göstərən QHT nümayəndələri ilə də görüşüb.
Günün ikinci yarısı səfir rayonun mərkəzi kitabxanasında və “İcma” Məlumat Mərkəzində olacaq.
Bir gün əvvəl isə səfir Qubada olub, rayon icra hakimiyyətində görüş keçirib, tarixi kütləvi məzarlığı ziyarət edib, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbədə olaraq görüşlər keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG