Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:20
-
«APA-Economics»in məlumatına görə, hazırda metronun «20 Yanvar» stansiyasında qatarlar böyük gecikmələrlə hərəkət edir. Qatarların arasında interval artıq yarım saata çatıb. Həmin xəttin digər stansiyalarında qatarı gözləyən sərnişinlərə elan edilib ki, ləngimə tuneldə qatarın qalması ilə bağlıdır.
Bakı Metropoliteninin dispetçer xidmətindən «APA»-ya qatarların hərəkətində problemin olduğunu təsdiqləyiblər. Bildirilib ki, hazırda problemin həlli üçün tədbirlər görülür. Metropolitenin mətbuat xidmətindən isə qeyd olunub ki, yaranmış vəziyyət qatardakı texniki nasazlıqla bağlıdır: «İndi vəziyyətin həll edilməsi üçün tədbirlər görülür».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG