Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:35
-
Ziqzaq, Araz Slangue, Don Vion - bu 3 gənci birləşdirən musiqilərindəki etirazlardır.

Ziqzaq deyir ki, etirazını sırf replə bildirməsinə səbəb bu janrı daha yaxın hiss etməsidir:

«Əslində, şair də ola, əsər də yaza bilərdim. Bu, daha yaxındır. Bəlkə də gənclər tərəfindən bu janr daha çox sevilir, bir az daha dəbdədir deyə, sırf repi seçmişəm».

Don Vion deyir ki, etirazını həmişə və hər cürə çatdırmağa çalışır. Repdə də, yazıda da, şeirdə də. Hələ üstəlik etiraz aksiyalarına da çıxır.

Araz etirazını çatdırmaq üçün musiqinin daha yaxşı vasitə olduğunu bildirir:

«Musiqi camaatı qaza gətirmək üçün daha yaxşı variantdır. Repdə limit yoxdur, etiraz üçün ən uyğun musiqi janrıdır. Söymək lazım olanda, repdə söyüş söymək olur».

Don Vion

Don Vion

ETİRAZLAR NƏYƏDİR?

Don Vion deyir ki, əslində, sosialist ölkə istəyir. Sadəcə, indi daha böyük problemlər olduğu üçün onlara etiraz edir.

Araz etirazını «adam kimi yaşamaq» istəyi ilə izah edir:

«İmkan olduğu halda adam kimi yaşaya bilmirəm. Mozambikdə yaşasam, başa düşərdim, amma burda imkan var axı. Bizdə ən təməl insan haqları pozulur, təhsil, səhiyyə yerində deyil. Bunlar həll olunandan sonra etiraz etsək, onda deyərlər. Siyasətdən iyrənən insanam, sadəcə, vəziyyət elədir ki, mən siyasiləşməyə məcburam. Camaat bunları keçib, amma bizdə sosialistlə demokrat əl-ələ tutub deyir ki, birlikdə etiraz edək».

Ziqzaq isə düşünür ki, etirazlarını səsləndirəndə, bunun müəyyən bir hissəsi ünvana çatır. 100 faiz çatması üçün daha çox çalışmaları lazımdır:
Araz Slangue

Araz Slangue

«Bizim yazdıqlarımıza bizfikirli adamlar qulaq asırlar. İnanmıram ki, yeniyetmələr qulaq assın buna. İctimai sektor, ya da indi 50 yaşı olan və vaxtında bizim kimi düşünənlər qulaq asır bizim musiqilərə».

Gənclərin fikrincə, Azərbaycanda çoxları etiraz musiqisi, rep belə yazmaqdan çəkinir.

«Qalın xətt çəkilib qarşımıza - ya əzilən, səsin çıxarmayansan, ya da müxalifətçisən, vətən xainisən. Ağzını açan kimi xəttin ya o yanına, ya da bu yanına gedirsən. Ona görə, indi etiraz musiqisi yazan azdır, amma tapan kimi eşidirəm», - Araz deyir.

Verilişi tam olaraq burdan dinlə


XS
SM
MD
LG