Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:12

«Qoçu» ləqəbli Qoca Quliyev saxlanıb


Qoca Quliyev
Qoca Quliyev
-
Martın 28-də Gəncə polisinin keçirdiyi əməliyyat nəticəsində Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, «Qoçu» ləqəbi ilə tanınan Qoca Quliyev saxlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, onun üstündən sandıqçasında 5 ədəd patronu olan «TT» markalı tapança götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qoca Quliyevin həyat yoldaşı İlahə Quliyeva AzadlıqRadiosuna bildirib ki, əri maşınında üzünə qaz püskürdülərək saxlanıb:
İlahə Quliyeva
İlahə Quliyeva
«Bunu mənə onun yanında olan yaxın dostu deyib. Mən də dərhal getdim Gəncə şəhər Polis İdarəsinə. Ancaq bizə heç bir məlumat vermədilər».

İlahə Quliyeva deyib ki, əri növbəti dəfə şərlənib. O, Baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğundan incidilir.

Qoca Quliyev 10 ay idi ki, həbsdən çıxıbmış.
XS
SM
MD
LG