Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:50

Virtual yerliçilik - [Video]


-

Facebookdan şərh yaz

“Qubalılar”, “şəkililər”, “balakənlilər”, “lənkərənlılar”, “sabirabadlılar” Bu adlar həm də Facebookda qrup adlarıdı.

Artıq bir çox Azərbaycan şəhərlərinin, rayonlarının Facebookda öz qrupları, səhifələri var.

Bölgələrin səhifələrində nələr paylaşılır, nələr müzakirə olunur? Bu müzakirələrin səsi hardasa çıxırmı?

Virtual dünyada bölgələr üzrə qruplara toplaşmaq yerliçilikdir, yoxsa bölgənin problemlərini müzakirə etmək istəyi? Facebookda bölgələşmə virtual yerliçiliyə çevrilə bilərmi?

Azadlıq FM-də virtula yerliçiliyin özəlliklərini müzakirə etmişik.

Bloqçu Əli Novruzov:

- Mən xüsusi olaraq regionlarla bağlı səhifələri izləmirəm. Bakıyla müqayisədə rayonlarda siyasi- sosial məzmunlu paylaşmalar azdır. Mən rayonlarda olan zaman Facebook istifadəçiləri onların profillərinə icra hakimiyyətləri tərəfindən nəzarət, olduğunu eşitmişəm.

- Azərbaycanda regionçuluq problemi var. Facebook səhifəsində bir region sakinlərinin toplaşmağısa normaldır.

- Facebook-da regionlarla bağlı qrupların yaradılması həm də platforma kimi istifadə edilir. Məsələn bir regionun problemi varsa, bir qrup açıb orada həmin regionun problemini müzakirə edirlər.

- Yerliçilik Azərbaycan üçün çox təhlükəli ola bilər...

Vüqar Orxan :

- Bütün ölkələrdə region səhifələri var. Amerikada da belə səhifələrə rast gəlmək olar. Əsas odur ki, səhifələr səmimiyyət üzərində qurulsun. Regionlarla bağlı səhifə açanlar ölkəni parçalamaq, bölmək istəmirlər. Sadəcə yaxşı təbliğat qurmaq üçün yaradılır belə səhifələr.

- Virtual dünyada Azərbaycanı yaxşı təbliğ etmək lazımdır.

Balakən səhifəsinin yaradıcısı Turqut:

- Balakənlə bağlı Facebook səhifəsində Balakənin ən yaxşı yerlərinin fotolarını paylaşırıq. Balakənə olan sevgimə görə, Balakənlə bağlı paylaşımlar edirəm. Biz Balakəni Azərbaycandan ayırmaq istəmirik.

- Biz Balakəndə zəlzələ olan zaman xəbərləri Facebook-dan paylaşımışdıq.

- Balakəndə olan sosial problemlərələ bağlı tez-tez mövzu açıb, müzakirələr edirik.

Şəkisayağı səhifəsinin admini Qoşqar:

- Biz çalışırıq ki, səhifəmizdən istifadə edərək Şəkini bütün dünyaya tanıdaq.
- Şəkini yaxşı tanıyan adamlar ancaq Şəkini yaxşı təbliğ edə bilər.

Gədəbəy İcra hakiminin birinci müavini Qüdrət Paşayev:

- Sosial şəbəkələrdə yazılanlar bəzən düzgün olmur. Yalan, söylənti yazan adamlar da az deyil. Amma biz çalışırıq, sosial şəbəkələrdə bizim şəhərlə bağlı bütün yazılanlara münasibət bildirək.

Verlişi:

Youtube-də

AzadlıqRadiosu-nun efirində dinlə

Facebookdan bax və şərh yaz

Şərhləri göstər

XS
SM
MD
LG