Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

Nazirlər Batumidə görüşdülər


-
Martın 28-də Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşündə yekun protokol imzalanıb.

2013-15-ci illər üçün fəaliyyət planını hər üç ölkənin müvafiq idarələri imzalayıb.

Fəaliyyət planı konkret layihə və təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

Nazirlər deyib ki, fəaliyyət planı iqtisadiyyat, energetika, ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, idman və gənclər sahələrini əhatə edir.

Müzakirələrdə regional əməkdaşlığın genişləndirilməsi, vizasız gediş-gəliş məsələlərindən də danışılıb.

Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoğlu deyib ki, «son 20 ilə baxanda, üç ölkə arasında yüksək səviyyədə əlaqələr qurulduğunu görmək olar».

A.Davutoğlu Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti və üstündə işlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihələrinə diqqət çəkib.

Növbəti üçtərəfli görüş 2013-cü ildə Azərbaycanda keçiriləcək.

Bundan əvvəlki görüş 2012-ci ilin iyununda Türkiyənin Trabzon şəhərinə keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG