Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:40
Rusiyanın hüquq mühavizə orqanları bu gün Moskva Helsinki qrupunun ofisində yoxlama aparıblar.

Bu barədə təşkilatın rəhbəri Ludmila Alekseeva məlumat verib.
Onun sözlərinə görə, yoxlamaya gələnlər təşkilatın fəaliyyəti barədə hesabat istəyiblər.

Bu həftə həmçinin Amnesty İnternational təşkilatının Rusiya şöbəsi də daxil olmaqla daha bir neçə qeyri-hökumət təşkilatının ofisində yoxlama aparılıb.

Ötən ilin noyabrında Rusiyada xaricdən maliyyə dəstəyi alan qeyri-hökumət təşkilatlarının casus hesab edilməsini nəzərdə tutan qanun qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG