Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Ağsuda dini mərasimin keçirilməsinə mane oldular


-
«Martın 28-də Ağsuda bir qrup dindar rayon məscidində mərasim keçirmək istəyib. Ancaq qarşısı alındığından mərasim baş tutmayıb».
Bu haqda AzadlıqRadiosuna mərasimdə iştirak etmiş ilahiyyatçı Tale Bağırov məlumat verib:

«Ağsuda islam peyğəmbərinin qızı, Fatimeyi Zəhranın şəhadəti ilə bağlı mərasim keçirmək planlaşdırılırdı. Mərasimdə çıxış etmək üçün mən də dəvət olunmuşdum.
Ancaq Ağsuya çatandan sonra polis əməkdaşları, icra hakimiyyətinin nümayəndələri və mülkü geyimli şəxslər məsciddə tədbirin keçirilməsinin qarşısını aldılar. Məscisdin qapısını bağladılar».
Tale Bağırovun sözlərinə görə, bundan sonra mərasimi yerli dindarlardan birinin evində keçiriblər.
Ağsu rayon icra hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev AzadlıqRadiosuna deyib ki, belə bir şey olmayıb: «İcra hakimiyyətinin məsciddə keçirilən tədbirə müdaxilə etməsi qeyri-mümkündür».
Ağsu rayon polis şöbəsindən isə məsciddə baş verənlərlə bağlı onlarda məlumat olmadığını bildirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG