Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanlı bağlı iclas olacaq


-
Aprelin 30-da BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın ikinci Universal Periodik İcmalı (UPİ) olacaq. Mayın 3-də isə İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi ölkənin İqtisadi, Sosial və Mədəni Hüquqlar Barədə Beynəlxalq Pakt çərçivəsində öhdəliklərini necə yerinə yetirdiyini dəyərləndirəcək.

Azərbaycanın İnsan Haqları Klubunun (İHK) üzvləri hazırda Cenevrədə görüşlər keçirir. Klub BMT orqanlarını bu iclaslardan yararlanaraq ölkəyə beynəlxalq insan haqları öhdəliklərini yerinə yetirməsi üçün təzyiqi artırmağa çağırır.

«Azərbaycanda son aylar insan haqlarının durumu sürətlə pisləşməkdədir, ölkənin beynəlxalq insan hüquqları öhdəlikləri pozulur. Bu iclaslar BMT-nin əsas orqanları üçün mühüm imkandır ki, BMT üzvü olan Azərbaycan üzərinə hərəkətləri üçün məsuliyyət qoysun».

İHK sədri Rəsul Cəfərov martın 27-də, UPİ sessiyasından öncəki iclasda İnsan Hüquqları Şurasını çağırıb ki, Azərbaycan hökumətinin sərbəst toplaşma azadlığı qanunvericiliyini təkmilləşdirməsi və ölkədəki bütün siyasi məhbusların buraxması üçün tövsiyələr versin. Klub eləcə də ölkədə mülkiyyət hüquqlarının və ifadə azadlığının durumuna dair hesabat təqdim edib. Hesabata Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi tədbirlərinə dair tövsiyələr də yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG