Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:11

«N!DA»çı dindirilib


-
Martın 28-də «N!DA» Vətəndaş Hərəkatının üzvü Üzeyir Məmmədli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

O, şahid kimi sorğu-sual edilib.

Bu haqda AzadlıqRadiosuna Üzeyir Məmmədli məlumat verib:

«Təzyiqsiz suallar verilirdi. Mən də dedim ki, «N!DA» ölkədə demokratiyanın qorunması üçün olan hərəkatdır. Açıq, dinc, qeyri-zorakı metodlarla mübarizə aparırıq. «Molotov kokteyli»nin, narkotik maddələrin «N!DA» üzvlərinə aidiyyəti ola bilməz».

«N!DA» Vətəndaş Hərəkatının dörd üzvü həbsdədir. Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu martın 7-də, idarə heyətinin üzvü Rəşad Həsənov isə martın 14-də həbs edilib.
XS
SM
MD
LG