Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:26

ABŞ B2 bombasının sınağını keçirib


Foto arxiv
Foto arxiv
ABŞ-ın 2 bomardmançı təyyarəsi Cənubi Koreyada keçirilən birgə hərbi təlim məşqlərində ilk dəfə olaraq B2 bombalarını sınaqdan keçirib.

ABŞ-ın Missuri ştatından qalxan təyyarələr bu əməliyyatı dayanmadan həyata keçirib və yenidən ABŞ-a dönüblər.
Təyyarələr 21 min kilometr məsafə qət ediblər.

ABŞ-la Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlər Şimali Koreyanın kəskin qəzəbinə səbəb olub.
Pxenyan buna görə, cənubla hərbi rabitəni kəsib və bildirib ki, istənilən vaxt müharibə baş verə bilər.

Şimali Koreyanın özü isə ötən ay növbəti nüvə sınağı keçirib və BMT-nin təhlükəsizlik şurası buna görə ona qarşı yeni sanksiyalar tətbiq edib.
XS
SM
MD
LG