Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Hicab aksiyasında həbs edilənlərin məhkəməsi başlayır


-
Nərimanov rayon məhkəməsində “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada həbs olunmuş 32 nəfərdən daha 10-un məhkəməsi başlayıb.
Vəkillər ittiham olunanlar haqda seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıblar. Vəsatət təmin olunmayıb.
Məhkəmə prosesi aprelin 4-ə təyin edilib.
2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada 32 nəfər həbs olunmuşdu.
Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG