Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:36

«NİDA» üzvü məhkəmədə izahat verib


Məhkəmə icraçıları Müsavat başqanı İsa Qəmbərin evində

Məhkəmə icraçıları Müsavat başqanı İsa Qəmbərin evində

-
Martın 28-də «NİDA» hərəkatının fəallarından olan Turqut Qəmbər Nərimanov rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə çağırılıb.
Çağırış «Əsgər ölümlərinə son» aksiyasında iştiraka görə cərimələnməsi və həmin cəriməni ödəməməsi ilə bağlı olub.
Bu haqda AzadlıqRadiosuna Turqut Qəmbər məlumat verib:
«Məni izahat yazmağa dəvət etdilər. İzahatda bildirdim ki, Milli Məclisin sifarişli və qeyri-qanuni qərarına və məhkəmələrin mənim barəmdə, digərlərinin barəsində çıxardığı sifarişli və ədalətsiz qərarlara etiraz olaraq cərimələri ödəməkdən imtina edirəm. Məsuliyyətimi izah etdilər ki, cərimələri ödəməsəm, nəticə etibarı ilə cinayət işi açıla bilər».
Fevralın 19-da məhkəmə icraçıları cərimənin ödənməsi ilə bağlı Turqut Qəmbərin atası, Müsavat Partiyasının başqanı İsa Qəmbərin evinə gəlib bəzi əşyaları siyahıya almışdılar.

Turqut Qəmbər yanvarın 12-də və 26-da Bakıda keçirilən etiraz aksiyalarında iştirakına görə ümumilikdə 3000 manat cərimələnib. Cərimə qərarları Nəsimi Rayon Məhkəməsində çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG