Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:55

Marquez-in "Vəba günlərində eşq” romanı Azərbaycan dilində


Book by Gabriel Garcia Marquez
Book by Gabriel Garcia Marquez

-

"Qanun" nəşriyyatı Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin “Vəba günlərində eşq” romanını Azərbaycan dilində çap edib.

Əziz Rzazadənin çevirdiyi roman gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqqındadır.

Əsərin qəhrəmanı Florentina Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı şəxsə – doktor Xuvenal Urbinoya ərə gedir.

Bu evlilikdə Ferminanın atasının da böyük rolu olur.

O, kasıb teleqrafçının yox, tanınmış həkimin qayınatası olmağı üstün tutur. Bunun üçün bir çox əziyyətlərə qatlaşaraq xoşluqla olmasa da qızını yolundan döndərə bilir.

Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq Florentina öz məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı günə olan inamı onu heç vaxt tərk etmir.

Ağrı-acılar, təsadüfi eşqlərlə dolu zaman keçir və Florentina da varlı, cəmiyyətin hörmət etdiyi şəxs olur.

Və düz 51 il 9 ay 4 gündən sonra sevgisinə – illərlə həsrətini çəkdiyi Ferminasına qovuşur. Bununçün o, səbirlə doktorun ölümünü gözləyir...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG