Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:14
-
Bərdə rayon Mədəniyyət və Turizm şöbəsindən verilən məlumata görə, abidənin sel sularından qorumaq üçün beton vasitəsi ilə sahil bərkitmə işləri aparılır.

Mütəxəssislərin rəyinə görə, Tərtər çayının sağ sahilində yerləşən qədim körpü 7-9-cu əsrlərdə inşa olunub.

Körpünün uzunluğu 170, eni isə 5 metr olub.

Zaman keçdikcə çay suyu abidənin bir hissəsini yuyub aparıb. Tarixi abidənin yalnız bir hissəsi günümüzə gəlib çatıb.

Tərtər çayı mənbəyini əsasən işğal altında olan Sərsəng və Çardaqlı su anbarından götürür. Mütəxəssislər deyirlər ki, erməni tərəfi çayın qarşısını istənilən vaxt aça bilər. Bu səbəbdən çayın bir neçə metrliyində yerləşən tarixi körpünün tamamilə dağılmaq təhlükəsi var.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, hazırda regionlarda 1 min 935 mədəniyyət abidəsinin əsaslı təmirə ehtiyacı var.
XS
SM
MD
LG